İrəvanla Qarabağ arasında əlaqələr azalacaq - Erməni ekspert

1-09-2023, 07:49           
İrəvanla Qarabağ arasında əlaqələr azalacaq - Erməni ekspert
Ermənistan hakimiyyəti ilə Qarabağ arasında koordinasiyalı əlaqələr daha da azalacaq.

“Ölkə.Az” xəbər verir ki, bunu erməni politoloq Qarik Keryan deyib.

Onun sözlərinə görə, Arayik Arutyunyan problemlərin həllini tapa bilmədi: “Əlbəttə, həll yolu tapmaq şansı o qədər də yüksək deyildi, çünki Qarabağ tanınmamış subyektdir və beynəlxalq əlaqələri yoxdur. Lakin biz aktiv axtarışları da görmədik”, - Keryan qeyd edib.

Arutyunyanın oturaq aksiya keçirmək qərarını təəccüblü və görünməmiş adlandıran ekspert qeyd edib ki, bunu, adətən, müxalifət iqtidara təzyiq etmək üçün edir:

“Hadisələrin kulminasiya nöqtəsi Tovmasyanın (xunta rejimin qondarma “parlament sədri”) istefası və bu vəzifənin müxalifətə keçməsi oldu”, - deyə o vurğulayıb.

Politoloq əlavə edib ki, tarixən Qarabağda siyasi əhvali-ruhiyyə rusiyapərəst olub: “Ermənistanın Brüssel və Amerika platformalarında apardığı danışıqlar Qarabağda həmişə çaşqınlıqla qarşılanıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru