MİKROSAHİBKARLIĞA AĞIR ZƏRBƏ… GƏLƏN İL ÇOXU FƏALİYYƏTİNİ DAYANDIRACAQ – HÜQUQ MÜDAFİƏÇİSİ

22-12-2023, 17:37           
MİKROSAHİBKARLIĞA AĞIR ZƏRBƏ…
Vergi Məcəlləsinə edilən dəyişiklik mikrosahibkarlığa ağır zərbə olacaq. Problemlərin olduğu məlum idi. Ancaq problemin bu yolla həlli mikrosahibkarlığın zərərinədir.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə hüquq müdafiəçisi Sahib Məmmədov çıxış edib. O bildirib ki, dəyişiklikdən sonra növbəti ildən mikrosahibkarlıq subyektlərinin əksəriyyəti fəaliyyətini dayandırmalı olacaq:

“Xüsusən dövriyyəsi 15-25 000 arası olan və muzdlu işə cəlb etmədən tək fəaliyyət göstərənlər- ekspertlər, təlimçilər, kiçik sənətkarlıqla məğul olanlar və sair. Vergi Məcəlləsinə edilən dəyişikliklə mikrosahibkarların (illik dövriyyəsi 200 000 az olanlar) gəlir vergisinə tətbiq olunan 75%-lik güzəşt ləğv olunur. Bu o deməkdir ki, gəlir vergisinin həcmi 20% təşkil edəcək. Bunun üstünə 1% nağdılaşma vergisi, bank xərclər və hazırda 101 manat aylıq təşkil edən (icbari və tibbi sığorta bir yerdə) sığorta xərclərini də gələndə fəaliyyət mənasını itirir. Yəni nə qazansan ən azı 50%-ni verməlisən.
Bəzi hallarda isə qazancın üstünə əlavə etməlisən. Məsələn, aylıq gəlir 100 manat olarsa, onun üzərinə 1 manat da əlavə edib sosial sığorta xərclərinə, 5% gəlir vergisinə ödənilməlidir. Minimum əmək haqqı artarsa 100 manata daha çox əlavə etmək lazım gələcək.
Bəli, problem var idi. Amma onun bu yolla həlli şəksiz ki, mikrosahibkarlığa ağır zərbə olacaq. Bəzi ekspertlər yenə də qonşu ölkələrdə hesab açıb vergiləri başqa dövlətin büdcəsinə ödəyəcək. Mənim kimilər isə VÖEN-i dondurmaqla kifayətlənəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.