Sosiska məsələsi və ya "Qarabağ savaşçıları" heç kimə lazım deyillər

6-04-2015, 12:10           
Sosiska məsələsi və ya "Qarabağ savaşçıları" heç kimə lazım deyillər
osiska məsələsi
Birinci görünüşdən elə fikir yaranar ki, mən bu yazıda Bakının işıqlı,müasir ət sexlərində ,müəsisə rəhbərlərinin ağzına cullu dovşan yerləşməyən “istehsalının” icindəki tək özlərinə məlum olan ətdən hazırlanan və müxtəlif kimyəvi qatışığı olan sosiskalardan danışacağam. Yox. Bu mənlik deyil. Hələ üstünə vurulan “HALAL” embleminin icindəki donuz yağı ilə də işim yoxdur.
İşim “Vətən cağırır” , “Vətən mənə oğul desə” kimi şüarlara yarlıq olub-sonda isə “Mən səni Qarabağa göndərməmişəm ki” kimi məmur “HALAL” sosiskaları ilə rastlaşan və demək olar ki,bizlərin 98% əhatə edən kontingentdəndir.
Cəbhədə silahlar susdu,atəşkəs dövrü başlandı. Biz də sevindik. Axı tarixlər boyu bütün müharibələr sülh ilə bitir. ATƏT-lərə,BMT-lərə inandırdılar biz. İnandırdılar ki beynəl xalq hüquq normaları öz qərarını verəcək və “qonşumuz” da bu hüquqa dirənib işğal olunmuş torpaqlarımızı sülh yolu ilə azad edəcəyik.
Artıq yazmaq istəmirəm-nələr oldu,hamıya aqrtıq bəllidir. 23 il ərzində bu haqda danışmaqdan cənəmiz,yazmaqdak klaviaturamız xarab olub.
Sadəcə bir zamanlar kücədə fəxrlə və sevgi ilə müşahidə edilən,hazırkı zamanda hökumətin də ,elə cəmiyyətin də tarixin zibilliyinə atdığı müharibə iştirakcılarıdır.
İndi məni bir coxu yıxıb sürüməyə başlayacaq ki, ay filankəs,axı sən korsan? Filan qədər maşını paylayıblar əlillərə,filan qərar cıxıb,filan işlər olub.
Bəli bu “filanlar” cətirindən kənara cıxsaq ,o zaman görərik ki, mən də haqlıyam və yazacağım faktlar görünən aysberqin təpəsidir.
Uzun zaman “pensiya alan veteranlar”- dövlət tərəfindən “müharibə iştirakcısı kimi” 10 manat müavinət verilirdi. Günlərin birində yəni dədqiq desək 2012-ci ilin may ayından bu müavinət hec bir əsası olmadan kəsildi. Müxtəlif idarə başcıları və məmurlar-bu olayın dürüst acıqlamasını verməkdən yumşaq desək yayındı. Lakin bu haqda ALİ Məhkəmənin qərarı da olsa belə bu günkü günə qədər bu müavinətlər bərpa olunmayıb. Bir qrup müharibə iştirakcısı Sosial Müdafiə naziri Səlim Müslümova məktubla müraciət etdi. Məktuba baxılmış və “məsələnin həll olunacağı” haqda cavab da alınmışdı. Lakin hələ bu məsələ həllini tapmır və Səlim Müslümov ölkə Prezidenti qarşısında hesabat verərkən bu məsələnin üstündən sükutla kecdi. Hörmətli Səlim müəllim,məyər müharibə iştirakcıları,sizin müdafiənizdə olan sosial hüquqlu vətəndaşlar deyilmi? Və onların bu qanuni hüquqları Sizin müdafiənizdə deyilmi? Bəs elə isə 3 illik susmanı və məsələnin həll olunmasını kimin ayağına yazaq?

Məsələ “sosiskada deyil və sonra hamımıza məlim olan “vnimatelni” olmaq məsələsi “
Artıq 1 il öncə “Silahlı qüvvələrdə xidmət kecmiş zabit,gizir və müddətdən artıq xidmət etmiş hərbi qulluqculara” istifadə etmədikləri məzuniyyət günləri hesabına kompensasiya verilməsi haqda məsələ öz həllini tapmağa başladı. Demək olar ki,həll olundu da. Xidmətdə olanların bir coxu bu “kompensasiyanı “ aldəlar. Yənə də daş düşdü ikinci sortun başına.Yəni “ehtiyatda olan və müharibə iştirakcılarının “.
Baş Nazir Artur Rəsizadəyə olan müraciətlər yeni bir sənədin,yeni bir qərarın ortaya cıxmasına yol acdı.
Azərbaycanın baş naziri Artur Rasizadə 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə qərar imzaladı. Qərar Maliyyə Nazirliyinin Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq verildi.
Lakin qərar yanvar ayında verilməsinə baxmayaraq,hələ də bu qərarın tələblərindən irəli gələn məsələlər həllini tapmayıb. Yerlərdə süründürməcilik,bürokratiya və baş aldadaraq vədələr verilməsi baş alıb gedir.
Sual oluna bilər: müharibə iştirakcılarına bü cür ögey və lyal münasibət hardan qaynaqlanır? Bunun əsasında hansı məram və məqsəd durur?
Yəni boyük Avropa oyunları və mötəşəm Avroviziya kecirən-kənardan gələn insanlara min cür qayğı göstərə bilən dövlət-öz vətəndaşlarına cüzi də olsa maraq göstərə bilmirmi?
Şəhid və Əlilərin sığorta məsələsi illər uzunudur ki,həll olunmamış qalır. Millətin secdiyi Millət vəkillərinin “başaldadıcı” vədlərinə baxmayaraq-məsələ həllini tapmır.
İndi gəlin yenidən fikirləşək .Məsələ məhz “Sosiskadadırmı?
Abuzər Əbilov.
ehtiyatda olan polkovnil- leytenant












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.