Binanın damından tullanan gəncin paraşütü açılmadı – VİDEO

20-12-2018, 05:54           
Binanın damından tullanan gəncin paraşütü açılmadı – VİDEO
Ukraynada 15 yaşlı yeniyetmə ilə bağlı faciəli olay yaşanıb

Ukraynada 15 yaşlı yeniyetmənin tikilməkdə olan 14 mərtəbəli binanın çardağından paraşütlə tullanması faciə ilə nəticələnib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, 15 yaşlı yeniyetmənin tullanarkən paraşüt açılmadığından o yerə çırpılaraq dünyasını dəyişib. Gəncin cansız bədəni isə morqa aparılıb.

Baş verən hadisə ilə bağlı açıqlama verən mütəxəssislər isə bu yüksəkliyin paraşütün açılması üçün yetərli olmadığını bildiriblər.

Dünyasını dəyişən gənc dostlarından biri onun paraşütlə tullanması anını çəkib. Nəticədə, faciəni özündə əks etdirən görüntülər artıq sosial şəbəkələrdə də yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru