"Rus bölməsidə təhsil alan şagirdlərin daha yüksək nəticə göstərmələri haqqında deyilənlər mifdir" - Nazir

20-12-2018, 13:03           
"Rus bölməsidə təhsil alan şagirdlərin daha yüksək nəticə göstərmələri haqqında deyilənlər mifdir" - Nazir
"Rus bölməsidə təhsil alan şagirdlərin Azərbaycan bölməsinin şagirdlərindən daha yüksək nəticə göstərmələri haqqında deyilənlər mifdir".

"Report" xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov "Azərbaycanda İnsan Kapitalı üzrə Forum"da deyib.

Onun sözlərinə görə, statistikadan görmək olar ki, Azərbaycan bölməsinin abituriyentlərinin nəticələri aşağı deyil, hətta bəzən daha yüksəkdir.

Nazir qeyd edib ki, artıq birinci sinifdən etibarən şagirdlərə bir xarici dilin öyrədilməsi nəzərdə tutulub: "Beşinci sinifdən etibarən isə ikinci xarici dilin tədris olunması planlaşdırılır".

C.Bayramov qeyd edib ki, Azərbaycanda təhsil alan şagirdlərin 92-93 faizi dövlət dilində oxuyur: "Son illər bu rəqəmdə dəyişiklik yoxdur".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru