Azərbaycanda gələn il üçün rəsmi bayram günləri açıqlanıb – SİYAHI

20-12-2018, 19:24           
Azərbaycanda gələn il üçün rəsmi bayram günləri açıqlanıb – SİYAHI
Azərbaycanda gələn il üçün rəsmi bayram günləri açıqlanıb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov dekabrın 19-da bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli fərmanının 2-ci hissəsinə əsasən, 2019-cu il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, iyunun 5, 6-sı Ramazan bayramı, avqustun 12, 13-ü Qurban bayramı günləri müəyyən edilərək qeyri-iş günü hesab olunsun”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru