Xəzər dənizində gəmi batdı: gəmiçilərin xilas edilməsinə çalışılır

21-12-2018, 06:43           
Xəzər dənizində gəmi batdı: gəmiçilərin xilas edilməsinə çalışılır
Xəzər dənizində İrana məxsus ticarət gəmisi zədə alıb və nəticədə batmağa başlayıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, hazırda HHQ xilasetmə əməliyyatı aparır.

“İran ordusunun Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupları Şimal donanmasının dalğıcları ilə birgə gəminin heyət üzvlərini xilas etmək üçün hadisə yerinə cəlb olunub” – deyə İSNA agentliyi hərbçilərə istinadən məlumat verib.

Əldə olunan məlumata görə, gəminin gövdəsi bir neçə saat əvvəl deformasiyaya uğrayıb. Gəmi sonradan tədricən batmağa başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru