ABŞ qoşunlarını çıxardanadək Suriyaya hava hücumlarını davam etdirəcək

21-12-2018, 07:02           
ABŞ qoşunlarını çıxardanadək Suriyaya hava hücumlarını davam etdirəcək
ABŞ qoşunlarını Suriyadan çıxardana qədər bu ölkədə terrorçulara qarşı hava hücumlarını davam etdirmək niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu cümə axşamı Pentaqonun mətbuat xidmətinin xanım əməkdaşı Rebekka Rebarix deyib.

"Amerika qoşunları orada olduğu müddətcə, biz müttəfiqlərimizə dəstək göstərmək üçün artilleriya və aviasiya zərbələrimizi davam etdirəcəyik", — deyə məlumatda bildirilir.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp qoşunların Suriyadan geri çağırılması barədə əmr verib. Bu, həmçinin İŞİD terrorçu dəstələrinə qarşı hava zərbələrinə son qoymağı nəzərdə tutur.

ABŞ Prezidentinin 19 dekabr tarixli sözügedən əmri veriləndən sonra Suriyadan ABŞ ordusuna məxsus ağır texnikanın daşınmasına başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru