Almaniya hava limanlarında terror təhlükəsi xəbərdarlığı edilib

21-12-2018, 07:13           
Almaniya hava limanlarında terror təhlükəsi xəbərdarlığı edilib
Almaniyada terrorçuluqda şübhəli bilinən dörd nəfərin axtarışı ilə əlaqədar olaraq ən böyük 14 yerli hava limanında ictimai təhlükəsizlik üçün təhlükə barədə xəbərdarlıq edilib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Bavariyada dərc olunan "Merkur" qəzeti yazıb.

"Bild" qəzetinin məlumatına görə, onların arasında Avropanın 10 ən böyük hava limanı siyahısına daxil olan Frankfurt Mayn və Münxen, həmçinin Berlin, Hamburq və Leypsiq aeroportları var.

"Merkur" yazır ki, şübhəlilər Almaniyanın cənub-şərqindəki hava limanlarından birinə planlaşdırılan mümkün hücum ilə bağlı axtarılırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru