Bu gecə ən uzun gecədir

22-12-2018, 06:27           
Bu gecə ən uzun gecədir
Bu gün ölkədə ən uzun gecə müşahidə ediləcək.

Axar.az xəbər verir ki, bunu Trend-ə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov deyib. Onun sözlərinə görə, dekabrın 21-dən 22-ə keçən gecə Azərbaycanda ən uzun gecə, dekabrın 22-i də isə ən qısa gündüz olacaq.

X.Mikayılov bildirib ki, həmin vaxtdan başlayaraq, 6 gün ərzində - dekabrın 21-dən 27-dək ölkə ərazisində gecələrin uzunluğu bərabər olacaq, eləcə də o günlərdə gündüzlərin uzunluğu bərabər olacaq. Həmin müddətdə gecələrin uzunluğu 14 saat 43 dəqiqə, gündüzlərin uzunluğu 9 saat 17 dəqiqə olacaq.

Qeyd edək ki, Azərbaycana qış fəsli 22 dekabr 02:22-də gəlib. Bu gündən 40 gün davam edəcək Böyük Çillə başlayır.

Ölkəmizə yaz 2019-cu il martın 21-də, Bakı vaxtı ilə saat 01.58-də gələcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru