Laçında, “Poçtun kruqu” deyilən yerdə 2019 yolkası qurulub

24-12-2018, 20:30           
Laçında, “Poçtun kruqu” deyilən yerdə  2019 yolkası qurulub
Azərbaycanın işğal altındakı Laçın rayonunun “Berdzor” adlandırılmış mərkəzində işğalçılar tərəfindən növbəti – 2019-cu ilin Yeni il ağacı da quruldu.

Cahan.info xəbər verir ki, bunu əks etdirən qəlb dağlayan foto-görüntünü hazırda Türkiyədə yaşayan həmyerlimiz Söhrab Həsənov sosial şəbəkədə paylaşıb. O, fotoya şərhdə yazıb:

“Ermənilər Laçında “Poçtun kruqu” dediyimiz yerdə yolka quraşdırıb Yeni ilə hazırlaşırlar…”

Qeyd edək ki, bu məkan Laçına Şuşa, Qubadlı və Gorusdan gələn yolların qovuşduğu dairədir…

Xatırladaq ki, artıq bu, ermənilərin Laçında qarşılayacaqları 27-ci ildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru