Delfinlər insanları köpək balığının hücumundan xilas etdilər VİDEO

26-12-2018, 08:13           
Delfinlər insanları köpək balığının hücumundan xilas etdilər VİDEO
“Mən delfinlər haqqında çox eşitmişdim, amma bunları mif bilirdim”

Avstraliyalı aşpaz Denis Tirni təbiətdə nadir olan hadisəni videoya həkk edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, videoda delfinlər dalğıcları köpək balıqlarından qoruyurlar.

Tirni dostları ilə sualtı dünyanı görmək üçün suya daxil olub. Hadisə Tasmaniya dənizində yerləşən Lord Hou adasında baş verib. Onlar dənizə düşən kimi delfinlər onları mühasirəyə alıb və onları köpək balıqlarından qoruyublar.

Yırtıcı balıqlardan biri Tirni və dostlarına yaxınlaşanda isə delfinlər köpək balığına hücum edərək onu ərazidən qovublar.

Tirni hadisə haqqında bunları deyib: “Mən delfinlər haqqında çox eşitmişdim, amma bunları mif bilirdim. Amma elə dseyilmiş. Həqiqətən delfinlər insanların dostudur”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru