Ruslar "Armata"-nın sınaqlarına başlayır...

1-01-2019, 12:11           
Ruslar "Armata"-nın sınaqlarına başlayır...
Rusiya Sovet dövründən bu yana istifadə edilən tankları üçüncü nəsil T-14 "Armata" tankları ilə əvəzləyəcək.

Axar.az xəbər verir ki, sözügedən tankların sınaqlarına bu ildən başlanacaq.

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Universal Armata platformasında yaradılan və ordu üçün inkişaf etdirilən T-14 tankının istehsalçı sınaqları tamamlanmaq üzrədir.

Rusiya T-14-ün dünyada bənzəri olmayan yeganə tank olduğunu iddia edir.

3 ekipaj ilə nəzarət edilə bilən T-14 dəqiqədə 10-12 atış yerinə yetirə bilir. Bundan əlavə, bu tankla lazerlə idarə edilən bilən raket atışlarını da icra etmək mümkündür.

T-14 tankı 50 ton ağırlığındadır və uzunluğu 10,8 metr, eni 3,5 metr və hündürlüyü isə 3,3 metrdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru