Dünyanın ən çox satılan telefonu məlum olub - 250 milyon ədəd satılıb

Bu gün, 16:24           
Dünyanın ən çox satılan telefonu məlum olub -
Dünyanın ən çox satılan mobil telefonu nə “iPhone”, nə də “Samsung” modelləri olub.

Valyuta.az xəbər verir ki, rekordun sahibi, gözlənildiyindən fərqli olaraq, “Nokia”dır.

2003-cü ildə satışa çıxarılan Nokia 1100 modeli indiyədək 250 milyon ədəd satılaraq mobil telefon tarixində ən çox satılan cihaz kimi qalmaqdadır. Bu modelin populyarlığının əsas səbəblərindən biri sadə dizaynı, sərfəli qiyməti və davamlılığı idi.
Maraqlıdır ki, “Apple”ın müxtəlif nəsil iPhone modelləri və “Samsung Galaxy” seriyası yüksək satış rəqəmləri əldə etsə də, hələlik “Nokia 1100”un rekordunu qıra bilməyib.
Bu fakt mobil texnologiyaların sürətlə inkişaf etməsinə baxmayaraq, sadəliyin və etibarlılığın insanların seçimində hələ də mühüm rol oynadığını göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru