Öz gücü ilə milyonçu olan ilk afroamerikalı qadın

Bu gün, 16:14           
Öz gücü ilə milyonçu olan ilk afroamerikalı qadın
Sarah Breedlove (Madam C. J. Walker) ABŞ tarixində öz gücü ilə milyonçu olmuş ilk afroamerikalı qadın hesab olunur. O, yoxsulluq və yetimlik içində böyüyüb, cəmi üç aylıq təhsil alıb.

Valyuta.az xəbər verir ki, ailəsini dolandırmaq üçün gündəlik yuyucu işlərində 1,5 dollara işləyib.

Saç tökülməsi problemi ilə üzləşəndə ev şəraitində müxtəlif qarışıqlar hazırlamağa başlayıb və bu, sonradan onun biznes ideyasına çevrilib.

1905-ci ildə Denverdə sadəcə 1,25 dollar sərmayə ilə saç baxımı üçün məhsul istehsalına başlayıb. Özünü “Madam C. J. Walker” adı ilə təqdim etməsi brend imicinin formalaşmasına səbəb olub. O, satışını sadəcə məhsul üzərində qurmamış, qadınlara həm də satıcılıq bacarıqları öyrədərək çoxsəviyyəli marketinq sistemini yaradıb. Bu model sürətlə yayıldı və az müddətdə yüzlərlə agent onun məhsullarını satmağa başladı.

1910-cu ildə Indianapolisdə “Madam C. J. Walker Manufacturing Company” rəsmi şəkildə təsis edildi. Qısa zamanda fabrik, laboratoriya, gözəllik salonu və təlim mərkəzi ilə fəaliyyətini genişləndirdi. Onun agent şəbəkəsi ABŞ-dan kənara çıxaraq Karib hövzəsinə və Mərkəzi Amerikaya qədər yayıldı.

Biznesində təxminən 40 min satış agenti çalışırdı.

Walkerin biznesi onun həyatda olduğu son ildə 500 min dollardan çox satış həcminə çatdı. Ölüm anında sərvəti 600 min dollardan 1 milyon dollara qədər qiymətləndirilirdi. O, həmçinin Nyu-Yorkda Villa Lewaro adlı dəbdəbəli saray və müxtəlif şəhərlərdə mülklərə sahib idi. Bu sərvət indiki pulla təxminən 10–11 milyon dollar dəyərində hesablanır.

Mayya Hüseynova












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru