Smartfonların qiyməti bütün dünyada artacaq

Bu gün, 16:18           
Smartfonların qiyməti bütün dünyada artacaq
Bütün dünyada smartfon istehsalçıları yeni cihazların qiymətlərini qaldırmağa hazırlaşırlar.

Bu barədə "DigiTimes" nəşri xəbər verir.

Qiymət artımına səbəb kimi istehsal xərclərinin qalxması göstərilir. Bu, Tayvanın müasir prosessorlar istehsal edən TSMC (Taiwan Semiconductor Manufacturing Company) korporasiyasının məhsulun qiymətlərinin 5-10% artması barədə tərəfdaşlarına məlumat verməsi ilə əlaqədardır.

Bu da öz növbəsində, yeni smartfonların qiymətinə təsir edəcək.

TSMC prosessorları yeni "iPhone"larda istifadə olunacaq. "Samsung Galaxy S26" cihazları TSMC tərəfindən də istehsal olunan "Qualcomm Snapdragon 8 Elite Gen 2" çipləri ilə buraxılmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru