Tramp koronavirus dərmanlarının effektivliyinə dair məlumatların açıqlanmasını istəyir
Bu gün, 16:38
"Əczaçılıq şirkətləri öz preparatlarının koronavirusa qarşı effektivliyi ilə bağlı məlumatları açıqlamalıdır".
Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb.
"Əczaçılıq şirkətlərinin COVID-ə qarşı dərmanlarının uğurunu əsaslandırmaları çox vacibdir. Çoxları bunu milyonlarla insanın həyatını xilas edən möcüzə hesab edir.
Digərləri bununla razılaşmır. Mən cavab istəyirəm və onu indi istəyirəm", - deyə Ağ Ev rəhbəri yazıb.