Pentaqonun mətbuat xidmətinin əməkdaşları iş vaxtı rəhbərlərinə "kolqotka" alırmışlar

2-01-2019, 00:33           
Pentaqonun mətbuat xidmətinin əməkdaşları iş vaxtı rəhbərlərinə "kolqotka" alırmışlar
Pentaqonun mətbuat katibi Dana Uayt işçiləri ilə iş etikasından kənar davrandığı üçün istefaya göndərilib. O, özünün “Twitter” mikrobloqunda ABŞ Müdafiə Nazirliyinin əməkdaşlarına vida məktubu da yazıb.

Virtualaz.org “NBC News”a istinadən xəbər verir ki, avqust ayında xanım Uaytın iş vaxtı öz işçilərinə vəzifə öhdəliklərinə aidiyyatı olmayan tapşırıqlar verdiyi məlum olub. Məsələn, onun xahişi ilə əməkdaşlar mətbuat xidmətinin rəhbəri üçün kolqotka alıblar, əşyalarını kimyəvi təmizləməyə veriblər, qida sifarişi ediblər.

Bundan əlavə, Dana Uayt dəfələrlə şəxsi səfərlərinin planlaşdırılmasında kömək istəyib və işçilərini övladlığa uşaq götürmək üçün qəyyumluq idarəsinə zəng vurmağa məcbur edib.

Bildirilir ki, mətbuat xidmətinin rəhbəri onun sözünə baxmayan dörd nəfəri işdən qovub. Pentaqonun daxili qaydalarına görə, əməkdaşlar öz işçilərindən rəsmi iş vaxtı şəxsi istəklərinin yerinə yetirilməsini tələb edə bilməzlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru