"WhatsApp" bu aydan bəzi smartfonlarda fəaliyyətini dayandıracaq

2-01-2019, 07:57           
"WhatsApp" bu aydan bəzi smartfonlarda fəaliyyətini dayandıracaq
"WhatsApp" bu ilin əvvəlindən bəzi məşhur əməliyyat şəbəkələrinin dəstəyindən imtina edəcək.

"Report" "İzvestiya.ru"ya istinadən xəbər verir ki, bu barədə şirkətin saytında messencerin komandası bildirib.

Qeyd olunur ki, dəyişikliklər 1999-cu ildə yaradılmış "Nokia Series 40" əməliyyat sistemli telefonlara aid olacaq. 2012-ci ildə "Nokia S40"ın müxtəlif seriyaları ilə dünyada bu mobil qurğuların miqdarı 1,5 milyarddan çox olub.

Bundan başqa, 2020-ci ilin 1 fevralından bu dəyişiklik "Android 2.3.7" versiyalı smartfonlara da aid olacaq. "WhatsApp" həmin versiyalı telefonlarda da fəaliyyət göstərməyəcək.

Məlumata görə, "WhatsApp" daha köhnə, həmçinin "iOS 7" versiyalarının da dəstəyindən imtina edəcək.

Qeyd edək ki, bu ildən "WhatsApp" mesajlaşma sistemində reklamların nümayişinə də başlanılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru