Moskvada ictimai nəqliyyatda gedişhaqqı bahalaşdı

2-01-2019, 08:08           
Moskvada ictimai nəqliyyatda gedişhaqqı bahalaşdı
Moskvada ictimai nəqliyyatda gediş haqları bahalaşıb.

Axar.az xəbər verir ki, birdəfəlik gediş kartı 2 rub artaraq 38 rubla çatıb. “90 dəqiqə” gediş kartı 3 rubl qalxaraq 59 rubl olub, 60 gedişlik kart isə 1765 rubldan 1900 rubla qədər bahalaşıb. 60 gedişlik kartın istifadə müddəti də 45 günlük olub.

Bir ay müddətində limitsiz istifadə olunan kart 2075 rubldan 2170 rubla qaldırılıb.

Qeyd edək ki, 1 yanvar 2019-cu ildən Rusiyada benzin, dizel yanacağı, tütün və tütün məmulatları, Moskvada su, elektrik enerjisi, qaz və s. bahalaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru