İflicdən əziyyət çəkən uşağı həkim pulsuz müalicə edərək sağaldıb - VİDEO

28-10-2019, 00:00           
İflicdən əziyyət çəkən uşağı həkim pulsuz müalicə edərək sağaldıb - VİDEO
Şəkidə 4 ildir serebrial iflic xəstəliyindən əziyyət çəkən uşağı həkim öz hesabına müalicə edib və müsbət nəticədə əldə edilib.

Xəstəlik səbəbindən bir neçə ildir ki, dərsə gedə bilməyən uşaq hazırda məktəbə gedir, digər şagirdlər kimi partada əyləşib təhsil alir.

5 aylığından iflic olan Şəki rayon, Oxud kənd sakini Sərxan İbrahimli yataq xəstəsi olub. İndi isə valideynləri əlindən tutub onu gəzdirə bilir.

9 yaşlı Sərxan bu səbəbdən məktəbə də gedə bilmirdi. Şəkinin Göynük kəndində işləyən həkim Səyalı Rəsulova xeyirxahlıq edərək uşaqda müayinə və müalicə aparıb.

Nəticədə Sərxanda ciddi irəliləyiş yaranıb.

Sərxanın səhhəti getdikcə yaxşılaşır. Artıq valideynləri onun əlindən tutub məktəbə də aparır. Sərxan digər şagirdlər kimi partada əyləşib dərslərdə iştirak edir.

Dərslərində müəllimlər də ona yaxından kömək edir. Həkim isə Sərxanı daim nəzarətdə saxlayır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru