Mətbuat xidmətinin rəhbərinin babası virusa yoluxub: "Xəstəxana onu evə göndərib ki..."

20-06-2020, 20:20           
Mətbuat xidmətinin rəhbərinin babası virusa yoluxub:
“Bu gün babamda COVİD-19 aşkarlanıb. Testi həyata keçirən xəstəxana viruslu xəstəni evə göndərib ki, təcili yardım çağırın, onlar aidiyyatı xəstəxanaya aparacaqlar. Saatlardır viruslu xəstə evdə sağlam insanlarla, uşaqlarla birlikdədir”.

Cebhe.info xəbər verir ki, bu sözləri özünün “Facebook” səhifəsində AXCP Mətbuat Xidmətinin rəhbəri Vüsal Qarayev yazıb. O bildirib ki, "103" təcili yardım xidməti müraciətə laqeyd qalıb:

“"103" isə təcili yardım göndərmir. Xəstə yaxınları özləri yaxınlıqdakı təcili yardıma gediblər, bir neçə maşın sərbəst olduğu halda deyiblər ki, biz 103-süz hərəkət edə bilmərik. "1542" çağrı mərkəzinə də saatlardır düşə bilmirik. İndi biz nə edək? Sonra da deyirsiniz ki, vətəndaş məsuliyyətsizdir. Tamam, bəs buna nədir sözünüz? İndi bu neçə saat ərzində xəstə virusu bir neçə insana yoluxdursa, bunun məsuliyyətini kim daşıyır? Kimdir məsuliyyətsiz? Biz nə edək, ona cavab verin, bax, bu durumda biz nə edək?”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.