23 ildir ailəsi ilə birlikdə mağarada yaşayır

20-06-2020, 22:14           
23 ildir ailəsi ilə birlikdə mağarada yaşayır
Qırğızıstanın Cəlalabad vilayətinin 68 yaşlı sakini Tolon Mamırasulov 1997-ci ildən ailəsi ilə birgə vilayətin ucqar dağlarında-mağarada yaşayır.

Modern.az xəbər verir ki, ixtisasca musiqiçi olan Tolon və həyat yoldaşı burada beş övlad böyüdüblər. Onların dördü ailəlidir və Cəlalabadda yaşayır.

Ailə başçısı ona baş çəkməyə gələn jurnalistlərə deyib: “Mən 23 il əvvəl iflic olmuşdum, yuxuda bu mağaranı gördüm, bu məkanı tapıb ailəmlə mağaraya köçdüm və sağlamlığıma qovuşdum”.

Tolon müsəlman olsa da şamanizmlə də məşğuldur və qırğız xalq çalğı aləti olan komuzda çalır.

O deyib ki, mağarada elektrikin və müasir məişət əşyalarının, mebellərin olmaması onları narahat etmir və ailə təbiətlə təmasda yaşamaqdan zövq alır.

Yaxınlıqdakı kəndlərin sakinləri dua etmək və xeyir-dua almaq üçün tez-tez bu mağaraya baş çəkir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru