Corc Kluninin xanımı Xədicə İsmayılı müdafiə edəcək
20-01-2016, 11:12
Beynəlxalq miqyasda tanınmış vəkil və aktyor Corc Kluninin xanımı Amal Kluni Amerikanın NBC tele şirkətinə müsahibəsində hazırda həbsdə olan azərbaycanlı jurnalist Xədicə İsmayılı Avropa İnsan Hüquqları Məhkəməsində müdafiə edəcəyini bildirib.
teref.az yazır ki,Amerikanın Səsi xəbər verir ki, Amal Kluni medianın hüquqi müdafiəsi təşəbbüsünü təmsil edən vəkillə birlikdə İsmayılovanın həbsinə etirazla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək.
Xədicə İsmayılovanın vəkilləri hələlik Kluni ilə razılığın əldə olunduğunu təsdiq etməyib.
Qeyd edək ki, Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçəyin “erməni soyqırımı” məsələsi ilə bağlı İsveçrə, Ermənistan və Fransa ilə Avropa İnsan Haqları Məhkəməsindəki davasında Ermənistan hökumətinin vəkili və müdafiəçisi Amal Kluni olub.
Qeyd edək ki, 2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.