İspan şirkətindən Azərbaycana zərbə - Foto

20-01-2016, 12:58           

İspaniyanın “Gikron” şirkəti dünya siyasi mənzərəsinin 5000 min il ərzində necə dəyişməsi haqqında xüsusi interaktiv xəritə hazırlayıb.

Axar.az xəbər verir ki, şirkətin saytında yerləşdirilən yeni xəritədə bütün dünya dövlətləri və onların sərhədləri haqqında məlumat verilib.

Maraqlı məqam orasındadır ki, şirkətin hazırladığı xəritədə Azərbaycan və Yaxın Şərq tarixi ilə bağlı bir sıra təhriflərə yol verilib. Məsələn, Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin olduğunu qəbul edən şirkət yeni xəritəsində Səfəvi türk dövlətinin adını Persia kimi təqdim edir. Üstəlik, qədim dövr tarixində Ermənistanın eradan əvvəl 189-cu ildə dənizdən dənizə hakim olduğunu, bunun bizim erada da davam etdiyini göstərir. Xəritənin başqa bir yanlışlığı Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvan ərazisinin bir qismini Ermənistan, digər bir qismini isə İran torpağı kimi göstərməsidir. Üstəlik, eyni dövrdə Zaqatala, Şəki, Balakən və Qax əraziləri Gürcüstan torpaqları kimi təqim edilib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.