RUS İŞĞALÇI QÜVVƏLƏRİ KİYEV YAXINLIĞINDA BELƏ MƏHV EDİLDİ - Şok VİDEOLAR

28-02-2022, 00:04           
RUS İŞĞALÇI QÜVVƏLƏRİ KİYEV YAXINLIĞINDA BELƏ MƏHV EDİLDİ - Şok VİDEOLAR
Bu gün günorta saatlarında Kiyev vilayətinin Buça şəhərinə daxil olan Rusiya işğalçı qüvvələri Ukrayna ordusu tərəfindən tamamilə darmadağın edilib. virtualaz.org xəbər verir ki, şəhərə daxil olmuş 30-a yaxın Rusiya döyüş texnikasından salamat qalanı yoxdur və onlar havadan, yaxud qurudan endirildiyi dəqiqləşməyən şiddətli zərbələrdən sadəcə olaraq metal yığınına çevriliblər.

Yerli sakinlərdən birinin döyüşdən sonra işğalçıları söyərək və lənətləyərək mobil telefonla çəkdiyi kadrlara əsasən şəhərə girən Rusiya qüvvələrindən geriyə ancaq bu mənzərə qalıb:

(Qeyd: videoda normativ olmayan leksikon var)

Az əvvəl Kiyev ətrafındakı Buça şəhərinə Rusiya işğalçı qoşunları daxil olub. Ukrayna prezidentinin Ofisinin yaydığı məlumata görə şəhərə 30-ya yaxın Rusiya texnikası girib, yerli sakinlərdən biri “Molotov” kokteyli ilə onlardan birini yandırıb. Hazırda döyüşlər gedir, rusların açdığı atəş nəticəsində bəzi yaşayış evlərində yanğın başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru