Kadırov Ukraynada döyüşən çeçenlər arasında itkilər olduğunu etiraf etdi

1-03-2022, 12:15           
Kadırov Ukraynada döyüşən çeçenlər arasında itkilər olduğunu etiraf etdi
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov etiraf edib ki, Ukraynaya hücumda iştirak edən çeçenlər arasında itkilər olub.

Qafqaz.media xəbər verir ki, o, bu barədə Telegram-dakı səhifəsində məlumat verib.

"Çeçenistan Respublikasının yerli sakinləri arasında artıq itkilər var. İki nəfər ölüb, daha altı nəfər müxtəlif dərəcəli xəsarət alıb", - Çeçenistan rəhbəri yazıb.

Xatırladaq ki, bundan əvvəl Kiyevdə Ukrayna döyüşçüləri Kadırovun diversant qrupunu zərərsizləşdiriblər. “Kiyevdəki cəsur Ukrayna hərbi kəşfiyyatçıları (GUR MOU) təcili yardım maşınında hərəkət edən bir qrup çeçen diversantı saxlayıblar”, - deyə Uktayna mənbələri qeyd edirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru