Rus ordusu Kiyevdə doğum evini vurdu

1-03-2022, 12:05           
Rus ordusu Kiyevdə doğum evini vurdu
Rus ordusunun atdığı mərmi Kiyev yaxınlığında “Adonis” özəl doğum evinə düşüb, insanlar təxliyə edilib.

Axar.az xəbər verir ki, bu barədə tibb müəssisəsinin baş direktoru Vitali Girin Feysbuk səhifəsində yazıb.

"Dostlar, hamı doğum evindən soruşur. Dəstəyinizə görə təşəkkür edirəm. Doğum evinə mərmi düşüb, ziyan böyükdür, amma bina çökməyib. Hər kəs təxliyə olunub. Hər kəs təhlükəsiz yerdədir”, - məlumatda deyilir.

Qeyd olunur ki, “Adonis” doğum evi Kiyev yaxınlığındakı Jitomir şossesinin Buzova kəndində yerləşir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru