Polis tanınmış şəxsin oğlunun ölümü barədə məlumat YAYDI

21-11-2022, 12:54           
Polis tanınmış şəxsin oğlunun ölümü barədə məlumat YAYDI
Bakıda ölümlə nəticələnən yol-nəqliyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Teref.az-a verilən məlumata görə, noyabrın 20-də saat 5 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini X.Əsədli sərxoş vəziyyətdə idarə etdiyi “BMW” markalı avtomobili maneəyə vurub. Nəticədə sərnişini olan avtomobilin sahibi, paytaxt sakini Nurlan Mənsimli hadisə yerində ölüb.

Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, vəfat edən 28 yaşlı N.Mənsimli, tanınmış coğrafiyaçı alim Mirzəxan Mənsimovun oğludur. Mirzəxan Mənsimov həm də "İqlim" MMC şirkətinin rəhbəridir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru