Moskvada gənc iş adamı oğurlandı - VİDEO

3-12-2022, 12:34           
Moskvada gənc iş adamı oğurlandı -
Rusiyanın paytaxtı Moskva şəhərində gənc iş adamı oğurlanıb.

Maskalı və kamuflyajlı naməlum şəxslər 30 yaşlı iş adamı Andrey Lifanovu qaçırıblar.

Lifanov “Bentley” markalı avtomobilində əyləşdiyi zaman qəflətən mikroavtobus yaxınlaşıb. Bir neçə kamuflyajlı şəxs maşından çıxıb, Lifanovun qollarını qandallayıb, başına torba keçirib və maşına mindiriblər. Bundan sonra onu naməlum istiqamətə aparıblar.

Lifanovun sözlərinə görə, maşında oğrular onu hədələyib və kripto pul kisəsinin şifrəsini verməsini tələb ediblər. Lifanovun hesabında isə 250 bitkoin olub.

İş adamı qorxuya düşərək şifrəni verib. Bundan sonra oğrular maşını saxlayıb və onu çölə atıblar. Lifanov başından torbanı çıxardıqda özünü meşədə görüb. Yoldan keçən avtomobilin sürücüsü ona Moskvanın Saburovo kəndi yaxınlığında olduğunu deyib.

Lifanov taksi tutaraq birbaşa polisə yollanıb və hadisə ilə bağlı ərizə yazıb.

Maraqlıdır ki, cinayətkarlar hələ də pula çəkə bilməyiblər. Belə ki, bitkoinlər hələ də Lifanovun hesabındadır.

Faktla bağlı quldurluq maddəsi ilə cinayət işi açılıb.


Mənbə: “Baza” “Telegram”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru