Ukraynanın Neapoldakı konsulluğuna içində heyvan gözləri olan qanlı zərf göndərildi

3-12-2022, 12:54           
Ukraynanın Neapoldakı konsulluğuna içində heyvan gözləri olan qanlı zərf göndərildi
Ukraynanın Vatikanda Müqəddəs Prestol yaxınlığında yerləşən səfirliyinə qarşı naməlum şəxslər tərəfindən vandalizm aktı törədilib.

Ukrayna diplomatik nümayəndəliyinin girişi, həmçinin divarları və pilləkənləri nəcislə çirkləndirilib. Eyni zamanda Ukraynanın Neapoldakı konsulluğunun qərargahına içində qanlı heyvan gözləri olan zərf göndərilib.

Bu əməllər barədə yerli polisə məlumat verilib.

Avropa Komissiyasının (AK) nümayəndəsi Erik Mamer Brüsseldə keçirdiyi mətbuat konfransında bununla bağlı fikir bildirib. O qeyd edib ki, AK Ukraynanın xarici ölkələrdəki səfirliklərinə içində heyvan gözləri olan qanlı zərflərin göndərilməsindən məlumatsızdır. “Bizim bu hadisədən xəbərimiz yoxdur. Əgər bu təsdiqini tapsa, təbii ki, bunun qəbuledilməz olduğunu demək lazımdır”, - deyə o vurğulayıb.

Mamerin sözlərinə görə, Avropa Komissiyası Ukrayna hakimiyyət orqanları ilə daimi əlaqə saxlayır və onlar hadisə ilə bağlı məlumat vermək imkanı əldə edəcəklər.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru