İki həftəlik “buz dövrü”nə düşən Ekibastuzun istiliyə məsul şəxsi ölü tapıldı - VİDEO

7-12-2022, 10:34           
İki həftəlik “buz dövrü”nə düşən Ekibastuzun istiliyə məsul şəxsi ölü tapıldı - VİDEO
Qazaxıstanın Ekibastuz şəhəri iki həftə soyuqda qaldıqdan sonra bu gün yenidən istiliklə bağlı problemlə üzləşib: 30 dərəcə şaxta qeydə alınan şəhərin 15 evində istilik yenidən kəsilib.

Qəzaların aradan qaldırılması üzrə qərargahın rəhbəri Roman Sklyarın sözlərinə görə, bu gün bir həftədən çox istiliksiz qalan dörd evə istilik veriləcək.

Qəribədir ki, günlərdir “buz dövrü” keçirən şəhərin istilik elektrik stansiyasının bölmə rəisi ölü tapılıb.

İlkin məlumata görə, 33 yaşlı Sergey Vidloq şəxsi avtomobilinin salonunda qazdan zəhərlənib.

Noyabrın sonunda Ekibastuz istiliksiz və işıqsız qalıb. İnsanlar donmağa başladığından səlahiyyətlilər təxliyə elan ediblər. Hazırda qəzanın fəsadları aradan qaldırılıb, insanlar öz evlərinə qayıdıblar.
Mənbə: Sputnik Qazaxıstan












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru