Meksika həbsxanasında üsyan: Mühafizəçilər girov götürüldülər

8-12-2022, 11:44           
Meksika həbsxanasında üsyan:
Çərşənbə günü bir qrup məhbus Meksikanın şimalındakı Aşağı Kaliforniya ştatının Tixuana şəhərindəki La Mesa həbsxanasında iğtişaş törədib və üç mühafizəçini girov götürüb.

Məlumata görə, cəzaçəkmə müəssisəsinə quru qoşunlarının bölmələri, dəniz piyadaları, eləcə də polis gəlib. Həbsxananın ətrafı mühasirəyə alınıb.

Bölgənin hakimiyyət orqanları iğtişaşlar barədə məlumatı hələlik təsdiqləməyib, ölən və yaralananlar barədə məlumat yoxdur.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru