Ginnesin Rekordlar Kitabı rusiyalının DÇ-dəki rekordunu qeydə almaqdan imtina etdi

12-12-2022, 12:24           
Ginnesin Rekordlar Kitabı rusiyalının DÇ-dəki rekordunu qeydə almaqdan imtina etdi
Ginnesin Rekordlar Kitabı Timur Juravelin 2022-ci il dünya çempionatının bütün oyunlarında iştirak etmə üzrə rekordunu nəzərə almayacaq.

Turnirdən əvvəl şərhçinin Qətərdəki bütün matçlarda iştirak etmək və dünyada bunu bacaran ilk şəxs olmaq istəyi məlum olub. Onun rekorda çatmaq üçün cəmi dörd oyunu - iki yarımfinal, bürünc uğrunda görüş və final matçı qalıb.

“Təəssüf ki, tədqiqat qrupumuzun üzvləri ilə müraciətinizi diqqətlə nəzərdən keçirdikdən sonra biz cavab vermək məcburiyyətindəyik ki, təklifinizi bir rekord kimi qəbul edə bilmərik. Ginnesin Rekordlar Kitabı Rusiya və Belarusla bütün əlaqələrini qeyri-müəyyən müddətə dayandırıb. Ona görə də biz bu rekordu qəbul edə bilmərik”, - deyə Kitabın rəsmi mesajında bildirilib.

Mənbə: sports.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru