Rusiyanın təyin etdiyi Xerson vitse-qubernatorunun avtomobili partladıldı

13-12-2022, 09:34           
Rusiyanın təyin etdiyi Xerson vitse-qubernatorunun avtomobili partladıldı
Xerson vilayətinin Rusiya tərəfindən təyin olunan vitse-qubernatoru Vitali Bulyukun avtomobili partladılıb. Hadisə nəticəsində o, xəsarət alıb.

“O yaralanıb, vəziyyəti stabil, orta ağırdır. O, rayonun tibb müəssisələrindən birindədir”, - yerli səhiyyə idarəsindən bildirilib.
Məlumata görə, mina partlaması nəticəsində məmurun maşını yanıb. Onun sürücüsü yerindəcə həlak olub.

Qeyd edək ki, Xerson vilayətinin administrasiyasında Bulyuk iqtisadiyyat, maliyyə və büdcə siyasəti, kənd təsərrüfatı, gəlirlər və ödənişlər məsələsinə nəzarət edir. (Mənbə: life.ru)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru