“Twitter” Norveçlə Nigeriyanı səhv saldı – FOTO

14-12-2022, 12:53           
“Twitter” Norveçlə Nigeriyanı səhv saldı – FOTO
“Twitter” sosial şəbəkəsinin əməkdaşları Norveç Xarici İşlər Nazirliyinin səhifəsini Nigeriya hökumət təşkilatının hesabı kimi qeyd ediblər.

Bu barədə Norveç XİN məlumat yayıb.

“Hörmətli “Twitter”in texniki dəstək xidməti, Nigeriya ilə əla ikitərəfli əlaqələrimizə və əlifba sırasına görə yaxın qonşuluğumuza baxmayaraq, bizi Norveçin hökumət təşkilatı kimi qeyd edə bilsəniz, çox minnətdar olarıq”, - qurum öz sosial şəbəkə səhifəsindən “Twitter”ə müraciət edib.

XİN Norveçin xarici işlər naziri və baş nazirinin səhifələrində də eyni düzəlişi etməyi xahiş edib.


Mənbə: ukrinform.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru