Məktəbdə qalmaqal - Müəllim əlil qızı qucağına qaldırıb yerə çırpdı (VİDEO)
16-12-2022, 09:04
ABŞ-ın Ohayo ştatında əlil uşaqların təhsil aldığı məktəbdə qamaqal yaşanıb.
32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, müəllim Keti Girardinin əlil uşaqla rəftarı hiddətə səbəb olub. O, sinifə girmək istəməyən balaca qızı əvvəlcə qucağına qaldırıb daha sonra yerə çırpıb.
Şagirdin anası Aleksis Uells isə məktəb rəhbərliyinin müəllimi ödənişsiz məzuniyyətə çıxardığını bildirərək, hadisənin araşdırılması ilə bağlı müraciət edib. Həmin anlar kameralara düşüb. Bunun ardınca polis hadisə ilə bağlı araşdırmalara başlayıb.