Monqolustanın eks-prezidenti istintaqa çağırıldı

16-12-2022, 12:44           
Monqolustanın eks-prezidenti istintaqa çağırıldı
Monqolustanın keçmiş prezidenti Xaltmaaqiyn Battulqa kömür oğurluğu ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə dindirilməyə çağırılıb.

“Kömür oğurluğu işi üzrə təqsirləndirilən şəxslərin adlarının bilinməsi və ədalət tələbi ilə keçirilən nümayiş davam edir. Bununla bağlı 17 təqsirləndirilən şəxsin adı açıqlanıb, bəziləri artıq izahat verib", - məlumatda deyilir.

Qeyd edək ki, Monqolustanda külli miqdarda kömür oğurluğu ilə bağlı 35 nəfər ittiham olunur. Etirazlar fonunda 22 araşdırma aparılır. Ölkənin hökumət işləri üzrə məsul şəxsi Daşzeqviyn Amarbayasqalan bildirib ki, səlahiyyətlilərə məxfi müqavilələri açıqlamaq tapşırılıb.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru