Rusiyada güclü partlayış 19-12-2022, 09:24 Rusiya Federasiyasının İrkutsk vilayətində Markiv neft-qaz yatağında güclü partlayış baş verib.TNS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.Məlumata görə, partlayışdan sonra Ust-Kutsk rayonunda Markivskoye yatağında təbii qazın kompleks hazırlanması üçün texnoloji avadanlıq yanır.Bildirilir ki, yanğın təxminən 1000 kvadratmetr ərazini əhatə edib.Xəsarət alanların sayı dəqiqləşdirilir. Facebook-da paylaş