Buryatiyada gənclər avtomobilin kapotunun üstündə yüksək sürətlə gediblər - FOTO

10-08-2023, 13:14           
Buryatiyada gənclər avtomobilin kapotunun üstündə yüksək sürətlə gediblər - FOTO
Buryatiyada (RF) yol kamerası bir qrup gəncin təhlükəli yol hərəkətini qeydə alıb.

Məlumata görə, iyulun 30-da səhər tezdən Baykal bölgəsində sürücüsü Ulan-Ude-Turuntayevo-Kurumkan-Novıy Uoyan şossesi ilə 129 kilometr/saat sürətlə hərəkətdə olan “Toyota Mark 2” kameranın obyektivinə düşüb.

Yol müfəttişlərinin diqqətini gənclərin avtomobilin kapotunda təhlükəli səfərə çıxması cəlb edib. Buryatiya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avtomobilin iki sərnişini nəqliyyat vasitəsinin gövdəsindən yapışıb, sürücü isə regional magistral yol ilə yüksək sürətlə hərəkət edib.

Avtomobilin sahibi - 21 yaşlı Ulan-Ude sakini ilə bağlı sürət həddini pozduğuna və sərnişinlərin daşınması qaydalarına laqeyd yanaşdığına görə inzibati materiallar tərtib edilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru