“Al Jazeera”: İsrailin Deyr əl-Bələh məntəqəsini bombalaması nəticəsində 18 fələstinli ölüb

25-03-2024, 10:28           
“Al Jazeera”: İsrailin Deyr əl-Bələh məntəqəsini bombalaması nəticəsində 18 fələstinli ölüb
İsrailin Qəzza zolağının mərkəzindəki Deyr əl-Bələh şəhərinə endirdiyi aviazərbələr nəticəsində azı 18 dinc sakin həlak olub.

APA xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

Bildirilib ki, İsrailin intensiv aviazərbələri nəticəsində çoxlu sayda yaralı da var.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Bundan əlavə, “Al Jazeera” Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yerləşən Nasser Tibb Mərkəzi və Fələstin anklavının şimalındakı Əl-Şifa xəstəxanasının intensiv artilleriya atəşinə tutulduğunu və bombardman edildiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru