Suya düşən maşınların şok xərci: - 10 min manat (Video)

19-10-2016, 11:38           
Suya düşən maşınların şok xərci: - 10 min manat (Video)
Ötən gündən bəri təkcə Binəqədi şossesində yaranan dərin gölməçələrdə 109 ədəd maşın batıb. Düzdü həmin maşınlar dövlət idarələrinin əməkdaşları tərəfindən sudan çıxarılsa da ustalar belə maşınların təmir etmək üçün sürücülərin böyük xərc çəkməli olduqunu bildirir. Bəs belə avtomobillərə sığorta ödənişi edilə bilərmi?
Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, dünəndən bəri suyun ortasında sönmüş 109 avtomobil evakutorlarla quru ərazilərə daşınıb.
Avtomobil ustası Sahil Ağabəyli bildirir ki, maşın suyun ortasında söndükdə onun mühhərikinin bir çox detalı sıradan çıxır. Avtomobil içində su dolduqda isə elektron sistem yanır ki, bu da xərci bir neçə dəfə artırır. Avtomobilin ilindən və markasından aslı olaraq bu xərc 1000 manatla -10 000 manat arasında dəyişir. Lüks avtomobillərdə bu qiymət dahada arta bilir. Amma sürücülər bəzi nüansalara fikir verməklə xərci azalda bilərlər. Ancaq sürücülər belə dərin gölməçələrdən keçməyə məcbur olurlarsa bu zaman hava filtirini çıxara bilərlər ki, belə olduqda dərinliyi 1 -1,5 yarım olan sulardan rahatlıqla keçmək olur.
O ki qaldı dəymiş zərərin sığorta şirkətləri tərəfindən ödənilməsinə, bu yalnız kasko sığortası olan avtoboillərə aid ola bilər. O halda ki, sığorta müqaviləsində əksini tapsın.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.