"Fətullah Gülənlə heç bir əlaqəmiz yoxdur" -"Günaydın" restoranlar şəbəkəsi

19-10-2016, 13:23           
"Fətullah Gülənlə heç bir əlaqəmiz yoxdur" -"Günaydın" restoranlar şəbəkəsi
"Günaydın" restoranlar şəbəkəsi bəzi media orqanlarında haqqında yayılan məlumatlarla bağlı açıqlama ilə çıxış edib.

APA-nın məlumatına görə, açıqlamada "Günaydın" restoranlar şəbəkəsinin Fətullah Gülənə məxsus olması və "Beşmərtəbə" kimi tanınan ərazisində yerləşən filialının bağlanmasına dair qeyri-ciddi xəbər saytlarında yayımlanan məlumatlar təkzib olunur.

"Bildirmək istəyirik ki, Türkiyənin məşhur brendlərindən olan "Günaydın" restoranlar şəbəkəsi Azərbaycanda artıq uzun müddətdir, fəaliyyət göstərir və bu restoranlar şəbəkəsinin Fətullah Gülənlə hər hansı bağlılığı mövcud deyil.

"Beşmərtəbə" adlanan ərazidə fəaliyyət göstərən filialımızın bağlanmasına gəlincə, bildirmək istərdik ki, həmin obyektin sahibi ilə restoranımız arasında müqavilənin müddəti bitdiyi üçün fəaliyyətimizi məhz həmin məkanda dayandırmağa qərar vermişik. Restoranın Xətai prospekti, 51 ünvanında yerləşən əsas filialı isə fəaliyyətini davam etdirir.

Azərbaycanda 5 ildən artıqdır, fəaliyyət göstərən "Günaydın" restoranlar şəbəkəsi bundan sonrada müştərilərinə daim yüksək xidmət göstərməkdə davam edəcək", - deyə açıqlamada bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.