Əvvəl itləri, daha sonra toyuq-cücələri yedi - Kəndə çaqqal hücumu - VİDEO
19-10-2016, 15:36
"Çaqqaldan qorxduğuma görə həyətə düşə bilmədim"
Çaqqallar Göyçay rayonunun Hacalıkənd kəndinə hücüm ediblər.
ARB TV xəbər verir ki, vəhşi heyvanlar kənd sakini Yaşar Salmanova məxsus fərdi təsərrüfatda 12 baş ev quşunu tələf ediblər, ağaca bağlı iki itdən birini parçalayıb, digərini yeyiblər.
Bu ilk hadisə deyil. Sakinlərin sözlərinə görə, son vaxtlar kənd ərazisinə çaqqal hücumu artıb. 11 vətəndaşa məxsus 210 baş toyuq, hind quşu, 6 baş qoyun vəhşi heyvanlar tərəfindən tələf edilib.
Kənd sakini: "İki dənə it saxlayırdım burda. Görürsən, nə boyda itlərdir. Birini içəridən deşikdən çıxardıb yeyib. Birini də çöldə yaralayıb öldürüb".
Kənd sakini: "Axşam saat 4-dən gəlib. Özüm də çaqqaldan qorxduğuma görə həyətə düşə bilmədim. Gəldim ki, parçalayıb yeyib". teref.az [media=https://www.youtube.com/watch?v=bjt7Ffpo2sA]