Bakıda qız özünü qatarın altına atmaq istədi

21-10-2016, 00:16           

Oktyabrın 19-u saat 14.00 radələrində “Gənclik” metrostansiyasında gənc qız özünü qatarın altına atmağa cəhd edib. Bakı Metropoliteninin polis əməkdaşları intiharın qarşısını ala biliblər. Gundelik-Baku.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Sputnik-ə Bakı şəhər Baş Polis İdarəsindən məlumat veriblər. Araşdırma zamanı məlum olub ki, qız özünü qarşılıqsız sevgi səbəbindən öldürmək istəyib. Qızın şəxsiyyəti müəyyənləşib - o, 1992-ci il təvəllüdlü Bakı sakini M. Güləmbərdir. Metropoliten polisi qızın atası ilə əlaqə saxlayıb və qızı ona təhvil verib. “İşin materiallarını isə prokurorluğa göndərmişik. Bir ay əvvəl Bakı Metropolitenində oxşar hadisə baş vermişdi. Qız sevdiyi oğlan onu atdığına görə, özünü qatarın altına atmaq istəmişdi, amma polislər ona mane olmuşdular", - deyə polisdən bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru