Bakıda silahlı insident olub, - naməlum saqqallı şəxs tapançadan atəş açıb

21-10-2016, 13:08           
Bakıda silahlı insident olub, - naməlum saqqallı şəxs tapançadan atəş açıb
Bakıda silahlı insident olub.

APA-nın məlumatına görə, hadisə ötən gecə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1974-cü il təvəllüdlü Telman Məmmədov gecə yaşadığı binanın blokuna daxil olarkən binadan naməlum saqqallı şəxsin çıxdığını görüb. T. Məmmədov ondan kim olduğunu xəbər aldıqda naməlum şəxs səhv ünvana gəldiyini deyərək ərazidən uzaqlaşıb.

T. Məmmədov binaya daxil olaraq yaşadığı evə qalxıb. O, mənzilin qapısının gözlüyünə saqqız yapışdırıldığını görüb, bunun həmin naməlum şəxs tərəfindən törədildiyini ehtimal edərək onun arxasınca qaçıb. Naməlum şəxs arxasınca gələnin olduğunu gördükdə əlindəki tapançadan havaya atəş açıb.

T. Məmmədov silah səsindən sonra onu təqib etməyi buraxıb və bu barədə polisə məlumat verib.

Qaradağ rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, daxil olan müraciət əsasında araşdırmalara başlanıb.

Hazırda polis silahdan istifadə edən şəxsin kimliyinin müəyyənləşdirilərək tutulması istiqamətində axtarışları davam etdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru