Qubaxəlillidə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun görüş-qəbulu
21-10-2016, 23:08
teref.az - Vaxtilə taxılçılıq və heyvandarlıq məhsulları istehsalının həcmi və artım tempi,şəhər tipli yaşayış məntəqəsi olması ilə rayonda mühit yaradan, Respublikada tanınan Qubaxəlilli kəndinin keçmiş şöhrətini qaytarmaq üçün RİH-nin başçısı yerli icra və özünüidarəetmə strukturları, sahibkarlarla birgə yeni layihələr hazırlayır. Nəzərdə tutulur ki,aqropark yaradılsın, müasir heyvandarlıq kompleksi tikilsin, çeşidli ərzaq məhsulları istehsal edəcək dəyirman kombinatı açılsın. Üçüncü ferma ərazisində olan torpaqların məhsulldarlığını artırmaq və əkinə yararlı hala salmaq üçün meliorativ işlər görülsün. Bütün bunlar və kəndin abadlaşdırılması, infrastruktur layihələrinin həyata keçirilməsi ilə əlaqədar 165 nəfərin iştirak etdiyi görüş-qəbulda RİH-nin başçısı Mirdaməd Sadıqov ətraflı danışıb, ilkin layihələr barədə məlumat verib.
Başçının çıxışından sonra sözü, təklifi, arzusu, şikayəti olan hər kəs dinlənilib.
Pensiyaçı müəlllim Həsən Hüseynov məktəbin yüksək səviyyədə təmirinə, Qubaxəlilli tam orta məktəbinin müəllimi Əlisəfa Muradov rayon rəhbərliyinin həmişə insanlara diqqət və qayğı göstərdiyinə, Mirzə Bəşirov və Aslan Zərbalıyev mürciətlərinə həssaslıq və ədalətlə yanaşıldığına görə rayon icra hakimiyyətinin başçısına razılıqlarını bildiriblər.
Sonra kənd içərsində qəzalı dirəklərin dəyişdirilməsi, uşaq bağçasının açılması, “Kompleks” adlanan ərazidə tikilmiş evlərə də qaz çəkilməsi, su pulu verməyənlərin su təchizatına fərdi qaydada məhdudiyyət qoluması təklif olunub.
Tamara Zülfüqarova işıq pulunu verə bilməməsindən şikayətlənib, Şakir Zalov Küllülü kəndində ümumi orta məktəb açılmasını, Zaur Mürsəliyev həyat yoldaşının qonşu kənd məktəbindən Qubaxəlilli məktəbinə dəyişdirilməsini xahiş edib.
Qaldırılan hər bir məsələ, edilən hər bir xahiş və verilən hər bir təkliflə əlaqədar RİH-nin başçısı Mirdaməd Sadıqov aid strukturların rəhbərlərinə tapşırıq verib.Bir sıra məsələlər yerində həll edilib.
Görüşün təşkilatçıları da, icraçıları da bir daha yəqin ediblər ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyi cənab Prezidentin xalqın xidmətçisi olmaq tapşırığını məsuliyyətlə yerinə yetirir.