İŞİD-çi: “Şükür Allaha, özümü partladacağam”

24-10-2016, 13:40           
İŞİD-çi: “Şükür Allaha, özümü partladacağam”
İraqın ikinci böyük şəhəri olan Mosulun İŞİD-dən azad olunması məqsədilə aparılan genişmiqyaslı əməliyyat davam edir.
İŞİD terrorçuları təslim olmaq niyyətində deyilər.
Terrorçular bütün vasitələrdən istifadə edərək müdafiə olunmağa çalışırlar. Belə vasitələrdən biri də partladıcı maddə ilə yüklənmiş avtomobilin “düşmən”ə tərəf sürülərək partladılmasıdır.
Dünən həmin avtomobillərdən birini sürəcək “canlı bomba”nı müəyyənləşdirmək üçün Mosuldakı küçələrdən birində püşk atılıb.
Püşkü udan İŞİD terrorçusu sevinib, “Şükür Allaha, özümü partladacağam, şəhid olacağam” deyib.
Onun yanındakı terrorçular “canlı bomba”nı təbrik ediblər.
Sonra həmin “canlı bomba” sükan arxasına oturub, partladıcı maddə yüklü maşını İraq ordusunun mövqelərinə tərəf sürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru