Əri tərəfindən qətlə yetirilən qadınla bağlı ilginc məlumatlar - Kollecdə müəllim olub...

24-10-2016, 19:51           
Əri tərəfindən qətlə yetirilən qadınla bağlı ilginc məlumatlar - Kollecdə müəllim olub...
Bakıda əri tərəfindən döyülərək öldürülən qadın barədə maraqlı faktlar məlum olub.

BakiPost.az xəbər verir ki, 1979-cu il təvəllüdlü Dilarə Hüseynova uzun müddətmiş, tək yaşayırmış. Onun tək qalmasına səbəb isə əri Namiq Əkbərzadənin Rusiyada yaşaması olub. Məlumata görə, arvadını döyərək öldürməkdə ittiham olunan şəxs bir müddət əvvəl Azərbaycana qayıdıb. Ailəyə yaxın adamların sözlərinə görə, N.Əkbərzadə Bakıya qayıtdıqdan sonra ər-arvad arasında tez-tez söz-söhbət olurmuş. Aralarında yaranmış ən son mübahisə zamanı isə ər həyat yoldaşını döyüb. Dilarə Hüseynova ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Qadın aldığı zərbələrdən xəstəxanada ölüb.

Məlumata görə qətlə yetirilən qadın, kifayət qədər dünya görüşlü və savadlı adam olub. O, Bakı Biznes və Kooperasiya Kollecinin müəllimi olub. Orada tarix fənnini tədris edirmiş.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.