Gənclər arasında kütləvi dava baş verdi,20 yaşlı oğlan bıçaqlandı

25-10-2016, 10:08           
Gənclər arasında kütləvi dava baş verdi,20 yaşlı oğlan bıçaqlandı
Bakının Səbail rayonu ərazisində kütləvi dava baş verib.
teref.az-nun APA-yaistinadən məlumatına görə, hadisə Üzeyir Hacıbəyli küçəsi, 21 ünvanında qeydə alınıb.
Binanın həyətyanı sahəsində 4 nəfər arasında mübahisə düşüb. Mübahisə sonradan davaya çevrilib. Dava zamanı soyuq silahdan da istifadə edilib. Nəticədə 1996-ci il təvəllüdlü Abdullayev Vüsal Ramiz oğlu üç bıçaq zərbəsi alıb. Ağır yaralanan V.Abdullayev təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta ağırdır.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində (RPİ) cinayət işi başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru